Moldovada seçki komissiyasının informasiya mərkəzinə kiberhücum edildi

Dünya

03.11.2024 17:10

Moldova Mərkəzi Seçki Komissiyasının “voaza.md” informasiya saytına kiberhücum edilib. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Xidməti məlumat yayıb. 

“Sayt DDoS kiberhücumunun hədəfi olub, nəticədə istifadəçilərin fəaliyyəti pozulub və ləngimələr yaranıb”  məlumatda bildirilib.   

Qeyd olunub ki, mütəxəssislər təhlükəni müəyyən edərək aradan qaldırıb, məlumatların bütövlüyü pozulmayıb. 

Məlumat üçün qeyd edək ki, DDoS hücumu, sistem istifadəçilərinin təmin edilmiş sistem resurslarına daxil ola bilməməyi məqsədi ilə edilən haker hücumudur. 

Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.   

Günəş Mərd 

tag: Moldova,Seçki,Kiberhücum,Todaypress.az,Əməliyyat,