Moldovada prezident seçkilərinin ikinci turunun keçirilmə tarixi açıqlandı

Dünya

21.10.2024 12:43

Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək. Buna səbəb isə namizədlərdən heç birinin 50%-dən çox səs toplaya bilməməsidir. 

TodayPress xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinq zamanı bildirib. 

“İlkin məlumatlar göstərir ki, Moldova Respublikası Prezidenti vəzifəsinə 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çoxunun səsini toplaya bilməyib” deyə o, qeyd edib. 

Protokolların 98,56%-nin işlənməsinin nəticələrinə əsasən, Moldovanın hazırkı prezidenti Maya Sandu seçkilərdə 42,07%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,27% səs toplayıb. Renato Usatii isə 13,72% səslə ilk üçlüyü tamamlayır.

Töhfə Səməd

tag: Moldova, Seçki, Prezident, Maya Sandu,Anjelika Karaman, todaypress.az,