Moldovada prezident seçkilərinin ikinci turu keçirilir
Dünya
03.11.2024 10:25
Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu və ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo prezidentlik uğrunda mübarizə aparacaqlar.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, seçkilər üçün 2219 seçki məntəqəsi, o cümlədən 1988-i ölkə ərazisində, o cümlədən Dnestr çayının sol sahilində yaşayan Moldova vətəndaşları üçün 30 seçki məntəqəsi açılacaq.
Qeyd edək ki, oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplayıb.
Günəş Mərd
tag: Moldova,Seçki,Komissiya,Maya Sandu,Todaypress.az,