Moldovada hakimiyyətin avropapərəst siyasətinə qarşı yürüş keçirildi
Dünya
22.09.2024 18:00
Müxalif
“Pobeda” blokunun nümayəndələri Kişinyovda Moldova prezidenti Maya Sandunun
Avropa İttifaqı (Aİ) ilə inteqrasiya kursuna qarşı yürüş keçirib.
TodayPress xəbər
verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Biz
aksiyamızla hər kəsə nümayiş etdirmək istəyirik ki, Moldova gəncləri prezident
Maya Sandu və onun hakim “Fəaliyyət və Həmrəylik” Partiyasının diktatura rejimi
tərəfindən həyata keçirilən Avropaya inteqrasiya kursunun əleyhinədir” deyə
nümayişçilər bildirib.
Jurnalistlərin
məlumatına görə, yürüşdə minə yaxın insan iştirak edib. Qeyd edilib ki,
nümayişçilərin qarşısı Moldova polisi tərəfindən alınıb və etirazçıların
prezident sarayına daxil olmasına imkan verilməyib.
Töhfə Səməd
tag: Moldova,Yürüyüş,Aksiya,Etiraz,Müxalif,Fəaliyyət və Həmrəylik,Pobeda,todaypress.az,