Moldovada enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək

Dünya

05.12.2024 16:31

Moldovanın baş naziri Dorin Reçan parlamentdən Ukrayna ərazisindən qaz tranziti ilə bağlı qeyri-müəyyənlik səbəbindən dekabrın 16-dan enerji sektorunda fövqəladə vəziyyət tətbiq etməyi xahiş edəcək.

TodayPress xəbər verir ki, bu barədə o, brifinqdəki çıxışı zamanı deyib. 

"Dekabrın 16-dan enerji sektorunda fövqəladə vəziyyətin tətbiqi tələbi ilə parlamentə müraciət etmək qərarına gəldim. Bu, həm vətəndaşlarımızın, həm də Dnestryanı bölgəsi sakinlərinin qaz təchizatı ilə bağlı vəziyyəti həll olunana qədər davam edəcək" deyə Reçan diqqətə çatdırıb. 


Töhfə Səməd

tag: Moldova, Çıxış , Tələb ,Enerji, todaypress.az,