Moldova Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etdi
Dünya
29.09.2024 10:37
Moldovanın Baş naziri Dorin Recean BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyadan qoşunlarını Dnestryanı ərazisindən çıxarmağı tələb edib.
TodayPress xəbər verir ki, bu barədə “NewsMaker” portalı yazıb. O, bildirib ki, Kişinyov Dnestryanıdakı vəziyyətin ədalətli və sülh yolu ilə həllinə çalışır.
Baş nazir həmçinin vurğulayıb ki, sülh, təhlükəsizlik, firavanlıq və seçim azadlığı bu gün Moldovanın əsas gündəliyidir. O, çıxışında Ukraynadakı münaqişəyə də toxunub.
“Ukrayna indi təkcə öz dövlətçiliyi, milləti və varlığı üçün mübarizə aparır. O, hər bir xalqın öz milli istəklərini seçmək və həyata keçirmək azadlığı uğrunda mübarizə aparır. Moldova Kremə qarşı müdafiədə Ukrayna ilə həmrəydir. Və biz beynəlxalq ictimaiyyəti Ukraynaya lazım olan bütün dəstəyi vaxtında verməyə çağırırıq” Recean bildirib.
Günəş Mərd
tag: Moldova,Rusiya,Baş nazir,Dnestr,Todaypress.az,