Moldova prezidenti vəzifəsinin icrasına başladı
Dünya
24.12.2024 14:58
İkinci müddətə yenidən seçilən Moldova prezidenti Maya Sandu vəzifəsinin icrasına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Onun, inauqurasiya mərasimi dekabrın 24-də Kişinyovda, Respublika sarayında baş tutub.
Qeyd edək ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçirilib. Ertəsi gün Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Maya Sandunun səsvermədə 55 faizdən çox səs topladığını açıqlayıb.
Günəş Mərd
tag: Moldova ,Prezident,Maya Sandu,Kişinyov,Respublika,todaypress.az,