Moldova prezidenti Kiyevə gəldi
Dünya
25.01.2025 13:37
Moldova prezidenti Maya Sandu yanvarın 25-də Kiyevə işgüzar səfər edib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
“Bu gün Kiyevdə prezident Zelenski ilə danışıqlarımız var. Mən Ukraynaya və onun xalqına güclü dəstək mesajı verdim. Onların cəsarəti sülhümüzü təmin edir. Biz Aİ-yə gedən yolda təhlükəsizlik, enerji, infrastruktur, ticarət və qarşılıqlı dəstəklə bağlı məsələləri müzakirə edəcəyik. Moldova etibarlı qonşu olaraq qalır” deyə Sandu vurğulayıb.
Kiyevdə Sandunun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Əsas müzakirə mövzuları tərəflər arasında ikitərəfli əməkdaşlıq, hər iki ölkənin infrastrukturunun davamlı inteqrasiyası, ticarət, Avropa İttifaqına üzvlük prosesində əməkdaşlıq, regional təhlükəsizlik və ümumi çağırışlar qarşısında həmrəylik olacaq.
Nicat Osman
tag: Maya Sandu,Ukrayna,Moldova,Aİ,Todaypress.az,