Moldova müxalifəti xalqı nümayişlərə səslədi
Dünya
09.12.2024 14:17
Moldova siyasətçisi və müxalif “Pobeda” blokunun rəhbəri İlan Şor növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün etiraz aksiyalarına çağırıb.
TodayPress xəbər verir ki, siyasətçi bu barədə özünün “Telegram” kanalında yazıb.
“Bizim küçələrə çıxıb bu Aİ ikiüzlülərini yıxmağımızın və ədalətli seçkilər keçirməyimizin vaxtı çatıb. Kimi seçəcəyimizi heç kim bizə deyə bilməz” o yazıb.
Bundan əlavə, o, Avropa ölkələrini Moldovada seçkilərin keçirilməsinə müdaxilə etməkdə ittiham edib.
Bildirib ki, Avropa İttifaqı (Aİ) Moldovanın avropayönlü kursu ilə razılaşmayan müxalifətə qarşı açıq şəkildə repressiyaya keçib. Siyasətçinin sözlərinə görə, Avropa İttifaqı Moldova ilə bərabərhüquqlu tərəfdaş kimi davranmır və danışıqlar əvəzinə ölkə prezidenti Maya Sanduya əməl etməli olduğu birbaşa göstərişlər verir.
Günəş Mərd
tag: Moldova, Müxalifət ,Nümayiş, Xalq, todaypress.az,