Moldova müxalifəti Sandunun yenidən seçilməsinə etiraz edəcək
Dünya
05.11.2024 13:47
Moldova müxalifətinin "Qələbə" bloku ölkə prezidenti Maya Sandunun yenidən prezident seçilməsinə etiraz edəcək.
TodayPress xəbər verir ki, bu barədə məlumat assosiasiyanın “Telegram” kanalında dərc olunub.
“Maya Sandunun ölkəyə başçılıq etməsi hakimiyyətin qəsb edilməsidir. O, prezident deyil, fırıldaqçıdır” deyə assosiasiya bildirib.
Qeyd edək ki, “Qələbə” bloku Avrointeqrasiya referendumunun və səsvermənin birinci turunun nəticələrinə işarə edərək, Moldovada prezident seçkilərinin ikinci turunun nəticələrinə etiraz etmək qərarına gəlib. Assosiasiya bəyan edib ki, Sandunun qələbəsi saxtalaşdırmalar, habelə Rusiyadakı Moldova diasporunun hüquqlarının pozulması nəticəsində təmin edilib.
Məlumatda Moldovanın hazırkı prezidentinin ölkə daxilindəki seçki məntəqələrində səslərin hesablanmasının nəticələrinə əsasən məğlub olması faktı da vurğulanır.
Töhfə Səməd
tag: Moldova, Sandu, Prezident, Seçki, Rusiya, todaypress.az,