Moldova müxalifəti hökuməti istefaya çağırdı

Dünya

11.12.2024 12:12

Moldova müxalif Sosialist Partiyasının lideri İqor Dodon iqtisadi uğursuzluqlar səbəbindən hökuməti istefaya çağırıb. 

TodayPress xəbər verir ki, onun bəyanatı “Telegram”da dərc olunub.

“Pul yoxdur və bu problem getdikcə artacaq. Moldova xalqı kasıb qalmaqda davam edəcək. Yalnız bir çıxış yolu var: növbədənkənar seçkilər, hökumətin istefası və yeni hökumət” deyə siyasətçi bildirib.

O, qeyd edib ki, Moldova prezidenti Maya Sandu seçki vədlərini pozub və Qərbin dəstəyinə ümidləri yalan olub.

Töhfə Səməd

tag: Moldova ,Seçki, İstefa ,Müxalifət, todaypress.az,