Moldova müxalif partiyanın seçkilərdə iştirakına icazə vermədi
Dünya
14.09.2024 16:20
Moldovanın Mərkəzi Seçki Komissiyası müxalif Şans partiyasının prezident seçkilərində və dövlətin Avropa İttifaqına inteqrasiyası ilə bağlı referendumda iştirakını ləğv edib.
TodayPress xəbər verir ki, bunu Moldova Mərkəzi Seçki Komissiyasının sədr müavini Pavel Postika deyib.
Sentyabrın 10-da Moldova polisinin müxalifətin “Qələbə” blokuna daxil olan bəzi partiyaların ofislərində axtarışlar apardığı bildirilib.
Eyni zamanda, Moldova Mərkəzi Seçki Komissiyası müxalifətin respublikanın hazırkı prezidenti Maya Sandunun seçkilərdən kənarlaşdırılması tələbini rədd edib.
Qeyd edək ki, oktyabrın 20-də Moldovada eyni vaxtda prezident seçkiləri və Aİ-yə daxil olmaq üçün referendum keçiriləcək.
tag: Moldova, Mərkəzi Seçki Komissiyası, Pavel Postika ,Maya Sandu ,Aİ ,todaypress.az,