Moldova məhkəməsi Filipp Kirkorovun ölkəyə giriş qadağasını ləğv etdi
Dünya
03.06.2024 23:03
Moldova məhkəməsi Filipp Kirkorovun ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.
TodayPress TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kişinyov şəhərinin rayon məhkəməsi Rusiyanın xalq artisti Filipp Kirkorovun Moldovaya girişinə qoyulmuş qadağanın ləğv edildiyini açıqlayıb.
Kirkorovun Moldovaya səfəri qadağan edilən ruslar siyahısında olması faktını əvvəllər respublikanın baş naziri Dorin Reçan bəyan etmişdi . O qeyd edib ki, siyahıda olan şəxslərin bəziləri qadağadan yalnız ölkəyə gələndə xəbər tutur, bəziləri isə bu barədə əvvəlcədən məlumatlı olurlar. Baş nazir onu da əlavə edib ki, hakimiyyət hələlik siyahı dərc etməyi planlaşdırmır.
Xatırladaq ki, 2022-ci ilin yayında Kirkorov İstanbuldan planlaşdırılmış təyyarə ilə Kişinyova gələrkən VİP zalda pasport nəzarətindən keçən sərhədçilər onun ölkəyə girişinə qadağa qoyulduğunu açıqlamışdılar.
Günel
tag: Filipp Kirkorov,Moldova,Dorin Reçan, Rusiya,todaypress.az,