Moldova Konstitusiyaya dəyişiklik edir - Avropaya inteqrasiya
Dünya
05.11.2024 15:00
Moldovada ölkənin konstitusiyasına Avropaya inteqrasiya və Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə referendumda qəbul edilmiş düzəlişlər qüvvəyə minib.
TodayPress xəbər verir ki, dəyişikliklərin mətni və Moldova Konstitusiya Məhkəməsinin (MK) qərarının mətni “Official Gazette” də dərc olunub.
Konstitusiya Məhkəməsinin referendumun nəticələrinə dair qərarına əsasən, konstitusiyanın preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa yolundan dönməzliyini təsdiq edən” sözləri əlavə edilib. Həmçinin, konstitusiyanın mətninə “Avropa İttifaqına inteqrasiya” adlı bölmə əlavə olunacaq.
Qeyd edək ki, Moldova vətəndaşlarının 50,46 faizi Avropaya inteqrasiyanın lehinə, 49,54 faizi isə əleyhinə səs verib.
Günəş Mərd
tag: Moldova, Avropa İttifaqı, Seçki, Konstitusiya, todaypress.az,