“Moldova dövlət müstəqilliyini itirir”
Dünya
07.09.2024 14:54
“Moldova tədricən müstəqilliyini dayandırır, çünki ölkənin inkişafı kənardan diktə olunur”.
TodayPress xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Dmitri Pulbere “GRT” telekanalında bildirib.
“Biz şahidiyik ki, ölkədə, xüsusən də son illərdəki vəziyyəti tərəfdaş deyilən dövlətlər diktə edir” o vurğulayıb.
Pulberenin sözlərinə görə, hakimiyyətin hərəkətləri sayəsində artıq Moldovanın beynəlxalq arenada müstəqil söz sahibi olmaq hüququ yoxdur.
O, əlavə edib ki, dövlətdə müstəqillik anlayışı dəyərsizləşib və buna görə də insanlar ölkəyə müstəqil qüvvə kimi inanmaqdan əl çəkiblər.
Günəş Mərd
tag: Dmitri Pulbere, Moldova, Hakimiyyət ,Müstəqillik ,Konstitusiya Məhkəməsi, todaypress.az,