Moldova Aİ-yə daxil olmaq üzrə danışıqlara başlayacaq
Moldova yaxın həftələrdə Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Mihail Popşoy bildirib.
“Polşa sədr kimi tamamilə açıqdır. Biz Xarici İşlər Nazirliyi səviyyəsində, hökumətdə və prezident aparatı səviyyəsində bütün Aİ ölkələri ilə sıx əlaqələr saxlamaq üçün çalışacağıq” deyə o, bəyan edib.
Qeyd edək ki, bir müddət öncə Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı keçirilən referendumda iştirak edənlərin 50,03 faizi ölkənin quruma üzvlüyünə səs verib.
Günəş Mərd
tag: Moldova ,Avropa İttifaqı,Mihail Popşoy,XİN,todaypress.az,