Modinin Ukrayna səfərinin arxasında nə dayanır?
Hindistanın Baş naziri Narendra Modinin Ukraynaya səfəri Hindistanın Moskva ilə Kiyev arasındakı münaqişədə neytral mövqeyini nümayiş etdirmək və xarici siyasətdə balansı saxlamaq cəhdidir.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, Modinin Ukraynaya səfəri Qərbin Nyu Dehlinin Rusiyanı dəstəkləməyə meylli olduğuna inanmağa başlamasından sonra vəziyyəti tarazlaşdırmaq cəhdi olacaq.
“Modinin səfəri müəyyən dərəcədə Yeni Dehlinin birləşmək ideyasından uzaq olduğunu və beləliklə də xarici siyasətdə balansı qoruduğunu nümayiş etdirmək məqsədi daşıyır” deyə məlumatda yazılıb.
Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, Hindistan Rusiya ilə daha sıx əlaqələri davam etdirəcək və Modinin Ukraynaya səfəri bunu dəyişməyəcək.
Xatırladaq ki, Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Narendra Modinin Kiyevə ilk səfəri olacaq. O, bundan öncə Rusiyaya rəsmi səfər edib.
Günəş Mərd
tag: Modi, Hindistan, Polşa, Ukrayna, Rusiya, Səfər, todaypress.az,