Modi Ukraynaya səfər edəcək
Dünya
28.07.2024 09:01
Kiyev Hindistanın Baş naziri Narendra Modiyə Ukraynanın Müstəqillik Günü – 24 avqust ölkəyə səfər etməyi təklif edib.
TodayPress xəbər verir ki, bu barədə “Indian Express” qəzeti yazır.
“Kiyev Modiyə Ukraynanın milli bayramında ora səfər etməyi təklif edib. Baxmayaraq ki, səfərin təhlükəsizliyinə hələ zəmanət verilməyib” nəşr qeyd edib.
Məlumata görə, mövcud şərait nəzərə alınaraq bu səfər bir neçə saat davam edə bilər.
Qeyd edək ki, bundan əvvəl iyulun 8-də Modi Rusiyaya rəsmi səfər edib. Bu, onun 2019-cu ildən bəri Rusiyaya ilk səfəri olub.
Günəş Mərd
tag: Hindistan, Rusiya, todaypress.az,Modi ,səfər,