MKİ xəbərdarlıq etdi - Müharibə qaçılmazdır
Dünya
08.10.2024 16:30
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib ki, yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional miqyasda daha da genişlənməsi riski var.
TodayPress bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Börns bildirib ki, İsrail və İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir.
“Biz ciddi nəticələrə gətirib çıxara biləcək gözlənilməz toqquşmaların və anlaşılmazlıqların potensialını görürük” MKİ direktoru deyib.
Onun sözlərinə görə, ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.
Börns həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.
tag: MKİ, ABŞ ,İsrail ,İran ,Liderlər, todaypress.az,