Mixail Qaluzin: “NATO ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyini təhdid edə bilər”

Dünya

11.07.2024 10:38

“Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir”.

TodayPress Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır. O hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır” deyə Qaluzin, bildirib.

Onun sözlərinə görə, Ermənistan NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin təşkili baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir. 

Töhfə Səməd

tag: NATO, Ermənistan, Vaşinqton, Sammit, Mixail Qaluzin, todaypress.az,