MİT “Əl Qaidə” üzvünü saxladı
Dünya
15.10.2024 14:13
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) adı açıqlanmayan Afrika ölkəsində yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində Suriyada Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirak edən “Əl Qaidə” terror təşkilatının üzvü Ahmet Baykara saxlanılıb.
O, ilkin ifadəsində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktlarında iştirakını etiraf edərək, kimlərlə çalışdığını da açıqlayıb.
tag: Türkiyə ,Afrika ,Suriya ,Əl Qaidə ,Terror ,todaypress.az,