Misirdə yeni hökumətin andiçmə mərasimi keçirildi

Dünya

04.07.2024 01:15

Misirin yeni hökuməti ölkənin paytaxtı Qahirədə prezident Əbdülfəttah əs-Sisi qarşısında and içərək səlahiyyətlərinin icrasına başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Misirin Nil TV kanalı bildirib.

Məlumata görə, andiçmə mərasimindən əvvəl Prezident xarici işlər, müdafiə və maliyyə nazirliklərinə yeni rəhbərlər təyin edib.

Yeni kabinetə 2018-ci ildən bu vəzifədə olan baş nazir Mustafa Madbuli rəhbərlik edir.

Bazar günü Misir prezidenti yeni hökumətin əsas prioritetinin qiymət artımının təsirini yumşaltmaq və daha çox iş imkanları yaratmaq olduğunu bildirmişdi.

tag: Misir, Hökumət, Əbdülfəttah əs-Sisi, Andiçmə, todaypress.az,