Misirdə 33 antik qəbir aşkar edildi

Dünya

25.06.2024 11:21

Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar edilib.

TodayPress xəbər verir ki, Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan əvvəl 712-332-ci illərə aiddir. Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə dolğun məlumat əldə etməyə imkan verəcək. 

Qeyd edək ki, Misir-İtaliya birgə arxeoloji missiyasının 2018-ci ildən bəri Əsvanda qazıntı aparır.

Nərmin Tuncay

tag: Misir, Antik Qəbir, İtaliya,Qədim Dövr, Arxeoloji, todaypress.az,