Misir və ABŞ Qəzzadakı atəşkəs məsələsini müzakirə etdi
Dünya
10.07.2024 10:32
Misirin xarici işlər naziri Bədr Abdulati amerikalı həmkarı Antoni Blinkenlə Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəs razılaşmasının əldə edilməsi imkanlarını müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, tərəflər həmçinin Liviyadakı vəziyyət, Qırmızı dəniz və Livanın təhlükəsizliyi kimi digər mühüm regional məsələlər üzrə koordinasiya və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Töhfə Səməd
tag: Misir, ABŞ, Qəzza, Atəşkəs, Antoni Blinken, todaypress.az,