Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir
Misir Suriyada siyasi həll prosesinin
tezliklə başa çatmasının tərəfdarıdır və buna yönəlmiş bütün səyləri
dəstəkləyir.
TodayPress xəbər verir ki, bu barədə Misir Prezidenti
Əbdül Fəttah əs-Sisi “İslam səkkizliyi” (D-8) sammitinin yekun iclasında çıxışı
zamanı bildirib.
“Misir Suriyada hərtərəfli siyasi prosesin tamamlanmasına
töhfə verən bütün səyləri dəstəklədiyini bir daha təsdiqləyir” o deyib.
Əs-Sisinin sözlərinə görə, Suriya hazırda 1974-cü ilin
ikitərəfli razılaşmasına zidd olaraq Suriya ərazisinin əhəmiyyətli bir
hissəsini ələ keçirən İsrail tərəfindən ölkənin suverenliyinin kobud şəkildə
pozulması ilə üz-üzədir.
Misir lideri qeyd edib ki, Yaxın Şərqin üzləşdiyi
problemlər müştərək səylər, geniş məsləhətləşmələr və təcrübə mübadiləsi tələb
edir. Əs-Sisinin sözlərinə görə, bu kontekstdə D-8 müxtəlif səviyyələrdə bu
qrupun üzvü olan dövlətlər arasında birgə fəaliyyətin təşviqi üçün əlverişli
forum kimi çıxış edir.
tag: İsrail, Qəzza, Suriya,Misir,todaypress.az,