Misir İsraildən imtina etməyi tələb edir

Dünya

25.08.2024 13:35

1517

Misir mümkün atəşkəsin ilk günlərində İsraildən Rəfah sərhəd-keçid məntəqəsinə nəzarətdən imtina etməyi tələb edir.

TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. 

Bildirilib ki, Qahirədəki danışıqlar zamanı Misir vasitəçiləri HƏMAS ilə razılaşmanı asanlaşdırmaq üçün İsraili Filadelfiya marşrutu boyunca İsrail ordusunun mövcudluğunu tədricən azaltmağa çalışırlar.

HƏMAS-ı razılığa gəlməyə inandırmaq üçün Misir HƏMAS-a İsrailin sərhəd dəhlizində daimi mövcudluğunu rədd edən mövqeyi ilə razılaşdığını bildirib. 

ABŞ prezidenti Cozef Bayden ilə telefon danışığında da İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail ordusunun bir mövqeyinin yerini dəyişdirməyə və onu bir neçə yüz metrə köçürməyə razı olduğunu bildirilir ki, bu da İsrailin sərhəddə əməliyyat nəzarətinə təsir etməyəcək.   

Buna cavab olaraq Baydenin Netanyahunun İDF qoşunlarının razılaşmanın birinci mərhələsində sərhədin qalan hissəsini saxlamağa davam etməsi tələbini dəstəklədiyi deyilir.   


Günəş Mərd 

tag: Rəfah,İsrail,Misir,HƏMAS,atəşkəs,