Misir İraqa uçuşları dayandırdı

Dünya

26.10.2024 17:55

Misirin “EgyptAir” aviaşirkəti regionda gərginliyin kəskin artması ilə əlaqədar İraqın paytaxtına və İraqın kürd muxtar vilayətinin inzibati mərkəzinə sərnişin reyslərini ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. 

“Şirkətin Bağdad və Ərbilə uçuşları, bölgədə davam edən hadisələrə görə vəziyyət sabitləşənə qədər ləğv edilib” aviaşirkətin açıqlamasında deyilir. 

Bundan əlavə, “EgyptAir” eyni səbəbdən İordaniyanın paytaxtı Əmmana səhər uçuşunu ləğv etmək qərarına gəlib. 

Töhfə Səməd

tag: Misir, Aviaşirkət, Bağdad, Ərdəbil, todaypress.az,