Mişel Obama prezident seçkisində iştirak etməyəcək
Dünya
06.07.2024 01:23
Co Bayden və Donald Tramp
arasındakı debat demokratlar üçün ağır zərbə olub və keçmiş ABŞ prezidentinin vəzifəyə
qayıtma şansını artırıb.
TodayPress xəbər verir ki, müzakirələr
zamanı Bayden bəzən danışığını itirir, səhv danışır və çox da inandırıcı
görünmürdü.
Bundan sonra Baydenə yaxın mənbələr
onun seçkidən namizədliyini geri götürə biləcəyini bildirib. O vaxtdan bəri
potensial yeni Demokrat partiyanın namizədi ilə bağlı müzakirələr getdikcə artır.
Seçimlərdən biri ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel
Obama idi.
Bununla belə, birinci xanım həmişə
böyük siyasi ambisiyaları olduğunu inkar edib.
Məlumata görə, Mişel Obamanın ofisi onun 2024-cü ildə prezidentliyə namizəd olmayacağını təsdiqləyib.
tag: Mişel Obama, Seçki, Bayden, ABŞ, todaypress.az,