Mişel Obama ABŞ ənənələrini pozur

Dünya

15.01.2025 15:57

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Washington Post” yazıb.   

Qeyd olunub ki, Mişel Obama bununla bütün keçmiş dövlət başçılarının və onların həyat yoldaşlarının belə bir tədbirə qatılması ənənəsini pozacaq. 

“Biz təsdiq edirik ki, keçmiş prezident Barak Obama və keçmiş birinci xanım Mişel Obama qarşıdan gələn inauqurasiya mərasimində iştirak etməyəcək" Obamanın ofisinin bəyanatında qeyd olunub.

Nəşr xatırladıb ki, Mişel Obama ötən həftə ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin anım mərasimində də iştirak etməyib.

Günəş Mərd

tag: ABŞ ,Prezident ,Mişel Obama, Ənənə ,todaypress.az,