Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.
GÜNEL
tag: Ermənistan Xarici İşlər Nazirliyi, Almatı, KTMT ölkələri, Nazirlər şurası, todaypress.az,