Mirzoyan Ermənistanın KTMT-dən çıxması ilə bağlı məlumatı təkzib etdi
Dünya
12.06.2024 19:34
Ermənistanın xarici işlər naziri Mirzoyan Baş nazir Paşinyanın ölkənin KTMT-dən çıxmasından danışmadığını bildirib.
TodayPress xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin KTMT- dən çıxması ilə bağlı məlumatı təkzib edərək, respublikanın baş naziri Nikol Paşinyanın bu barədə danışmadığını bildirib .
“Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, Ermənistanın baş naziri dedi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri qayıtmayacağıq” deyə Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.
Xatırladaq ki, fevral ayında Ermənistanın baş naziri Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bəyan edib. O, təşkilatı Qarabağ probleminin həllində ölkəyə kömək etməməkdə ittiham edib.
GÜNEL
tag: Ermənistan, KTMT, Mirzoyan, Paşinyan, todaypress.az,