Mirzoyan: "Azərbaycanla münasibətlərin normallaşması üçün aparılan danışıqlar davam edir"

Dünya

30.01.2025 11:38

Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir. 

TodayPress Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüdə deyib. 

"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası prosesini də davam etdirməyə hazırıq" deyə o bəyan edib. 


tag: Azərbaycan,Ermənistan,Gürcüstan,XİN,Todaypress.az,