Miqrantlar üçün xüsusi düşərgələr yaradılacaq
Dünya
06.10.2024 12:20
Avropa İttifaqından (Aİ) deportasiya edilən miqrantlar üçün təşkilata üzv olmayan ölkələrdə düşərgələr yaradıla bilər.
TodayPress xəbər verir ki, bunu Böyük Britaniyanın "The Times" qəzeti avropalı diplomatlara istinadən yazıb.
Nəşrin mənbələrinə görə, düşərgələr Aİ ilə həmsərhəd olan və təşkilata daxil olmaq istəyən ölkələrdə yarana bilər. Onların arasında Albaniya, Moldova və Serbiya da var.
Qeyd edilib ki, Almaniya və Fransa da bu yaxınlarda bu təşəbbüsü müzakirə etməyə hazır olduqlarını bildiriblər. Digər tərəfdən isə Albaniya deportasiya olunanları öz ərazilərində yerləşdirməyə razıdır. Qeyd edək ki, ötən il 484 min miqrant barəsində deportasiya qərarı qəbul edilsə də, onların yalnız 91,5 mini Aİ ərazisini tərk edib.
tag: Miqrant,Xarici,Düşərgə,Aİ,Ölkə,Albaniya ,todaypress.az,