Miqrantlar Rusiyadan qovuldu

Dünya

17.10.2024 18:25

1711

Ədliyyə orqanları Moskvada həyata keçirilən “Qanunsuz 2024” əməliyyatının ikinci mərhələsinin nəticələrinə əsasən miqrantların Rusiyadan çıxarılması ilə bağlı 2 mindən çox qərar qəbul edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarədən bildirilib ki, tədbir qeyri-qanuni miqrasiya, digər qanunsuz halların aşkar edilməsi və qarşısının alınması məqsədi daşıyıb. Onun icrası zamanı 13 mindən çox qanun pozuntusu müəyyən edilib. 

Həmin materiallara baxılmasının nəticələrinə əsasən, məhkəmə 2 mindən çox miqrantın Rusiya Federasiyasından çıxarılması barədə qərar qəbul edib, həmçinin qanunsuz miqrasiyanın təşkilinə görə 420 cinayət işi qaldırılıb.

Töhfə Səməd

tag: Rusiya, Miqrantlar, DİN, Miqrasiya, Qanunsuz, todaypress.az,