Miqrant axını səbəbindən iki ölkə sərhədinə vəziyyət gərginləşdi

Dünya

08.06.2024 16:06

Belarus-Polşa sərhədinə miqrant axını ilə bağlı vəziyyət gərginləşib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Polşanın ultra-sağçı partiyaları hakimiyyəti sərhədlərdə nəzarəti gücləndirməyə çağırıb. Hökumət yaranmış vəziyyətə görə Rusiya və Belarusu günahlandırıb. 

Mövcud durumu sabitləşdirmək üçün Polşanın Baş naziri Donald Tusk sərhəd boyunca qadağan zona rejiminin tətbiqinə qərar verib.

Sərhəd boyunca vəziyyəti nəzarətə götürmək isə müdafiə naziri Pavel Zalevskiyə tapşırılıb.

tag: Miqrant, Belarus, Polşa,Sərhəd, todaypress.az,