Minsk “Zapad-2025” təlimlərinə Aİ və NATO-dan müşahidəçilər dəvət edəcək
Dünya
10.01.2025 16:04
Belarus Rusiya ilə birgə “Qərb 2025” təlimləri keçirmək üçün bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələrindən müşahidəçiləri dəvət etməyi planlaşdırır.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, general-mayor Valeri Revenko bildirib.
“Biz bu təlimə müttəfiqlərimizdən, dostlarımızdan və tərəfdaşlarımızdan nümayəndə heyətlərini dəvət etməyi planlaşdırırıq. Bizim bir sıra Aİ-yə üzv dövlətlərə və ayrı-ayrı NATO üzvü ölkələrə münasibətimiz müsbətdir” Revenko diqqətə çatdırıb.
O, əlavə edib ki, hansı ölkələrin dəvət alacağı və onların nümayəndələrinin təlimin hansı mərhələlərində iştirak edəcəyi ilə bağlı plan hazırlanır.
Günəş Mərd
tag: Belarus ,Rusiya, Müdafiə, Avropa ,todaypress.az,