Minsk Ukrayna münaqişəsinin həlli üzrə dialoqu bərpa etmək niyyətindədir

Dünya

13.08.2024 17:23

2586

“Bu mərhələdə biz Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə və danışıqlar prosesinin təşkilinə maksimum kömək göstərməyi zəruri hesab edirik. Minsk həmişə bu cür danışıqlar üçün təhlükəsiz platforma olub və qalır”.

TodayPress xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

O, prioritet vəzifələr sırasında dövlət sərhədinin mühafizəsini və təxribatların qarşısını almaq üçün balanslaşdırılmış sərhəd siyasətinin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

“Bu gün xaricdəki müəyyən qüvvələr bizi qəsdən münaqişəyə sürükləməyə, sərhəddə çaxnaşma və xaos yaratmağa çalışırlar” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Ukrayna, Belarus,Aleksandr Volfoviç,Dövlət Sərhədi, Minsk, todaypress.az,