Minsk Aİ-ni Belarus vətəndaşlarının hüquqlarını pozmaqda ittiham etdi

Dünya

20.08.2024 18:35

Avropa İttifaqına (Aİ) daxil olan qonşu ölkələr məhdudiyyətlər tətbiq etməklə və nəzarət-buraxılış məntəqələrini bağlamaqla Belarus vətəndaşlarının hərəkət azadlığı hüquqlarını pozur.

TodayPress xəbər verir ki, bu barədə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz danışıb. 

“Sərhəddə vətəndaşlara qarşı zorakılıq bu günə qədər davam edir. Aİ ölkələrinin təşəbbüsü ilə Belarusla sərhəddə demək olar ki, bütün sərhəd keçid məntəqələri bağlanıb. Qonşularımız Belarus vətəndaşlarının hüquqlarını ekstraterritorial şəkildə pozur” deyə diplomat əlavə edib. 

O, bildirib ki, Minsk Aİ ölkələrini beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur etmək niyyətindədir.

Töhfə Səməd

tag: Minsk, Belarus, XİN,Anatoli Qlaz ,Diplomat, todaypress.az,