Minlərlə yük maşını Belarusdan Aİ-yə girişdə növbəyə yığıldı

Dünya

04.12.2024 15:32

Belarusdan Avropa İttifaqına (Aİ) girişdə 2,6 mindən çox yük maşını növbəsi yığılıb. 

TodayPress xəbər verir ki, bu barədə adı çəkilən respublikanın Sərhəd Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, 990 ağır yük maşını Polşanın Kukurıki keçid məntəqəsinin qarşısından keçmək üçün gözləyir. 

Daha 1080 yük maşını Litva ilə sərhəddəki sərhəd-keçid məntəqələrinin qarşısında dayanıb. Belarus sərhədçiləri əlavə ediblər ki, ən az yük maşını Medininkaydan keçib. Şalçininkay məntəqəsində isə ağır yük maşınlarının 30 faizindən çoxu Litvaya buraxılıb.

Eyni zamanda, Latviya ilə sərhəddə yerləşən Paternieki keçid məntəqəsində 480 yük maşınından ibarət növbə yaranıb. Sərhədçilər artıq avtomobillərin 50 faizindən çoxunu Aİ-yə buraxıblar.

Töhfə Səməd

tag: Polşa, Latviya, Məntəqə, Sərhəd Komitəsi, todaypress.az,