Minlərlə suriyalı Livan sərhədini qanunsuz keçdi
Dünya
08.12.2024 17:55
Dəməşqin süqutundan sonra minlərlə Suriya vətəndaşı Livan sərhədini qanunsuz keçib.
TodayPress xəbər verir ki, bu barədə Livanın Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xader "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, suriyalılar bunu Suriyada silahlı müxalifətin irəliləyişindən qaçaraq Hermel hökuməti ərazisində qeyri-qanuni sərhəd keçidləri vasitəsilə ediblər.
Rəsmi həmçinin bildirib ki, Suriya vətəndaşlarının əksəriyyəti öz ölkəsinin rəhbərliyinin tərəfdarları və şiə məzhəbinin nümayəndələridir.
Günəş Mərd
tag: Suriya,Livan,Sərhəd,Silahlı,Todaypress.az,