Milyonerlər niyə Britaniyanı tərk edirlər?

Dünya

18.01.2025 09:20

Britaniya hökumət dəyişikliyi ilə milyonçuların kütləvi köçü ilə üzləşib. 

TodayPress xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb. 

Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər uzun illərdən sonra ilk dəfə 2024-cü ilin iyununda hakimiyyətə gələndən sonra ən azı 10,8 min çoxmilyonluq sərvətin sahibi Britaniyanı tərk edib. Bu, 2023-cü ildəkindən 157% çoxdur. 

Onların arasında nə az, nə çox 12 milyarder və 100 milyon dollardan çox sərvəti olan 78 nəfər var.   

Qeyd edək ki, Britaniya zənginləri daha çox İsveçrə, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinə üz tuturlar.   İddia olunur ki, milyonerlərin Britaniyadan bu şəkildə getməsinin səbəbi Leyboristlərin yürütdüyü iqtisadi siyasətdir. Leyboristlərin siyasəti daha çox Britaniyanın ən zəngin vətəndaşlarından vergi yığmağa yönəlib. 

 Günəş Mərd

tag: Britaniya,Milyoner,İtaliya,Köç,Leyboristlər,Todaypress.az,