Milyonçuların sayı açıqlandı

Dünya

21.09.2024 19:00

Qlobal analitik şirkəti “New World Wealth”in hesabatına görə, dünya üzrə sərvəti 100 milyon dolları keçən insanların sayı 29 min 350-yə çatıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, super zənginlərin sayı daha çox ABŞ və Çində artıb. 

Məlumatlara görə, onların 60 faizindən çoxu sahibkar və şirkət təsisçiləridir.  

Hesabatda, həmçinin son illər Asiyada varlı insanların sayında artım olduğu vurğulanıb.  

Günəş Mərd

tag: Milyonçu ,ABŞ,Çin, Asiya ,Dünya ,todaypress.az,