Milton qasırğası nəticəsində 125 ev dağıldı

Dünya

10.10.2024 08:34

Milton qasırğasının gəlməsi ilə Florida ştatını vuran tornadolar nəticəsində 125-ə yaxın ev dağılıb.

 

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

 

Onun sözlərinə görə, Floridanın şərq sahillərində tornado aktivliyi qeydə alınıb, nəticədə infrastruktur dağılıb. Təsirə məruz qalan strukturların əksəriyyəti səyyar evlər və yaşlı yaşayış kompleksləri olub.

 

Bundan əvvəl ABŞ Milli Qasırğa Mərkəzi fəlakətli Milton qasırğasının Florida sahillərini vurduğunu bildirib.


Aynur TAC

tag: ABŞ, Qasırğa, Milton, Florida,todaypress.az,