"Milton" fırtınası Floridanı təhdid edir

Dünya

06.10.2024 15:38

Meksika körfəzi üzərində əmələ gəlmiş "Milton" tropik qasırğası Florida ştatını təhlükə altına alıb.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Xidmət fırtınanın Meksika körfəzi boyunca şərq və şimal-şərq istiqamətində hərəkət edərkən sürətlə güclənəcəyini proqnozlaşdırır. Fırtınanın həftə ortasında Floridanın qərb sahillərinə çatacağı və böyük qasırğaya çevriləcəyi gözlənilir.

Töhfə Səməd

tag: Meksika,Körfəz,Fırtına,Milton,Florida, Qasırğa, todaypress.az,