Mikroavtobus yük maşını ilə toqquşdu: 13 nəfər öldü

Dünya

28.06.2024 12:16

Cümə günü Karnataka ştatının cənub-qərbində mikroavtobusun hərəkətsiz vəziyyətdə olan yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, dörd nəfər isə yaralanıb.

TodayPress “India today” saytına istinadla xəbər verir ki, yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza sərnişinlər qonşu rayondakı hindu məbədindən geri qayıdarkən baş verib.

Polisin məlumatına görə, toqquşmanın təsirindən cəsədlər mikroavtobusun qalıqları arasında qaldığından xilasedicilər onları çıxarmaqda çətinlik çəkib. Ölənlərin arasında bir uşağın da olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

tag: Mikroavtobus, Yük Maşını, Polis, Karnataka, Qəza, todaypress.az,