“Microsoft” iranlı hakerləri ABŞ seçkilərinə müdaxilədə ittiham etdi
Dünya
09.08.2024 10:37
İranla birbaşa əlaqədə olan haker qrupları ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etmək niyyətindədir.
TodayPress xəbər verir ki, “Microsoft” korporasiyası müvafiq ittihamla bağlı çıxış edib, şirkətin rəsmi saytında hakerlərin fəaliyyəti haqqında hesabat yerləşdirilib.
İddia olunub ki, bu qruplar seçkinin nəticələrinə təsir etmək üçün seçki mövzularında tendensiyaları izləyir və sosial şəbəkələrdə müxtəlif mesajlar yayırlar. Hakerlər, həmçinin seçki kampaniyalarının gedişi haqqında məlumat toplayırlar.
Bundan əlavə, onlar elektron poçt ünvanlarını sındıraraq namizədlərlə bağlı yalan məlumatlar yaymağa çalışıblar.
Töhfə Səməd
tag: Microsoft, Seçki, İran, ABŞ, Kampaniya, todaypress.az,