Miçotakis: “Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır”
Dünya
09.11.2024 12:15
Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır.
TodayPress “Haber Global”a istinadən
xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa İttifaqının
(Aİ) qeyri-rəsmi zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib.
O, bildirib ki, bu, hər iki ölkə
xalqının faydasınadır:
“Hədəfimiz iki ölkə arasında münasibətlərin
normallaşmasına nail olmaqdır”.
Baş nazir iki ölkənin xarici işlər
nazirlərinin Afinada baş tutan görüşünün müsbət atmosferdə keçdiyini, ancaq əsas
məsələlərdə hələ də uzlaşmanın əldə olunmadığını diqqətə çatdırıb.
tag: Yunanıstan, Türkiyə, Afina, Ankara, todaypress.az,