“MI6”nın rəhbərliyinə ilk dəfə qadın təyin oluna bilər

Dünya

11.05.2025 15:45

12

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-ya rəhbərlik etmək üçün seçilən üç finalçı namizədin hamısı qadındır. 

TodayPress xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. 

Bildirilib ki, keçən həftə keçirilən yekun müsahibədə iştirak edən üç qadın namizəddən ikisi artıq MI6-də zabit kimi xidmət göstərib.

Namizədlərdən yalnız birinin kimliyi ictimaiyyətə məlumdur. O, Böyük Britaniyanın Çindəki sabiq səfiri və hazırda Daxili İşlər Nazirliyində ən yüksək vəzifə tutan qadın məmur olan Barbara Vudvorddur. Onun namizədliyi bəzi dairələrdə Çinə simpatiyası olduğu iddiası ilə tənqid olunur.

MI6-nın hazırkı rəhbəri Riçard Mur 2025-ci ilin payızında vəzifəsindən ayrılacaq. O, kəşfiyyat orqanına beş ildir rəhbərlik edir.

Qiymət Mahir

tag: Böyük Britaniya,Kəşfiyyat,MI6,Qadın,todaypress.az,