Meymunçiçəyinə qarşı mübarizə üçün tələb olunan məbləğ açıqlandı
Dünya
26.08.2024 23:14
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) avqustun 26-da dərc etdiyi Meymunçiçəyi ilə Mübarizə
Planı (“mpox”) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
TodayPress xəbər verir ki, bu barədə ÜST-nin baş qərargahı bildirib.
Plan cari ilin
sentyabrından gələn ilin fevralına qədər olan altı aylıq dövrü əhatə edir.
Vəsaitin ayrılması üçün yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə müraciət təqdim
olunacaq.
Sənəd hərtərəfli
nəzarət, profilaktika, hazırlıq və cavab strategiyalarının həyata
keçirilməsinə, tədqiqatların təşviqinə, diaqnostik testlərə və vaksinlərə
ədalətli çıxışın təmin edilməsinə yönəlib. Peyvənd ən çox risk altında
olanlara, o cümlədən yaxın təmasda olanlara və səhiyyə işçilərinə yönəldiləcək.
tag: Meymunçiçəyi, Virus, vaksin,Mpox, todaypress.az,