Meymunçiçəyinə qarşı maska taxmaq faydalıdırmı? - ÜST açıqladı

Dünya

20.08.2024 18:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edib. 

TodayPress xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri məlumat yayıb. 

Bildirilib ki, virus dəri ilə təmasdan və ya xəstə heyvandan keçdiyi üçün maska taxmağın heç bir əhəmiyyəti yoxdur. 

Rəsmi nümayəndə əlavə edib ki, meymunçiçəyinin yeni dalğası Avropa ölkələri üçün COVID-19 pandemiyası ilə eyni təhlükə yaratmır. 

Töhfə Səməd

tag: Ümumdünya Səhiyyə Təşkilatı ,Meymunçiçəyi, Avropa,Virus, Maska, todaypress.az,